• 24 Noyabr 2024 23:55

General Mirzə Mirzəyev Moskvada həbs edildi

 

Moskvada Rusiya Qvardiyasının Təchizat İdarəsinin müavini general-mayor Mirzə Mirzəyev həbs edilib.

 

Tacxeber.com Mətbuat.az-a istinadla xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.

 

Bildirilib ki, Cənub bölgəsi komandanının keçmiş müavini 52 yaşlı Mirzəyev tez tikilə bilən binalar üçün modulların təchizatçısından 140 milyon rubl tələb edib. O, pulun verilməyəcəyi halda 480 milyon rubl dəyərində müqaviləni ləğv etməklə hədələyib. Şirkət vasitəçi vasitəsilə Mirzəyevə vəsait köçürüb, o da saxlanılıb.

 

Mirzəyevin müdafiə tərəfi ev dustaqlığında saxlanılmasını tələb etsə də, məhkəmə onun törətdiyini cinayəti nəzərə alaraq həbsxanaya göndərilməsinə qərar verib. General-mayor 2025-ci il yanvarın 2-dək həbsdə saxlanılacaq.

Tacxeber.com

Oxşar xəbərlər