• 05 Noyabr 2024 07:24

İstilik sisteminin insana mənfi təsirləri…

Müşahidə edin, ən çox xəstələnənlər də həmin şəxslər olur…

istilik-sisteminin-insana-menfi-tesirleri

Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, buxarı) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

 

Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada “ilişir” və məhv olur. Evin havası quru olanda bu selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qrip xəstəliklərinin inkişafı riskini artırır.

 

Bundan əlavə, istilik sistemlərinin təsirindən evin havasında oksigen azalır. Bu isə yorğunluğa, yuxululuğa, diqqətin azalmasına, baş ağrılarına səbəb olur.

 

Quru hava dəri və saçların vəziyyətinə mənfi təsir edir – dəri və saçlar quruyur, cansız olur, dəridə qırışlar, saçlarda kəpək əmələ gəlir.

 

Quru hava allergiyadan əziyyət çəkənlərin vəziyyətini də ağırlaşdırır.

 

İstilik sistemlərinin mənfi təsirini azaltmaq üçün evin havasını mütləq nəmləndirmək lazımdır.

 

1. Evin havasını gündə ən azı 2 dəfə 30 dəqiqə ərzində dəyişmək lazımdır;

 

2. Döşəmələri hər gün nəm əski ilə silin;

 

3. Evdə enli yarpaqlı bitkilərin, akvariumun olması da havanı nəmləndirir;

 

4. Müasir nəmləndirici aparatlar da bu işdə sizə kömək edə bilər.

Tacxeber.com

Oxşar xəbərlər