• 23 Noyabr 2024 22:30

Deyəsən “OpenAI” öz sosial media platformasını yaradır (FOTO)

OpenAI-nın son işə qəbul prosesi şirkətin öz sosial media platformasını inkişaf etdirdiyinə dair düşüncələrə səbəb olub.

 

Şirkət Gabor Çelle adlı mühəndisi işə götürüb və onun fəaliyyəti, OpenAI-nın yaxın gələcəkdə X, Instagram və TikTok kimi platformalara rəqib ola biləcək bir sosial media platforması üzərində işlədiyini düşündürür.

 

Gabor Çelle ötən ay OpenAI-da işə başlayıb və sosial media sahəsində mühüm təcrübəyə malik biridir. Onun verdiyi bir açıqlama isə OpenAI-nın sosial media platforması hazırlığına dair ehtimalları gücləndirib. Çelle açıqlamasında deyib:

 

“Buradakı inanılmaz dərəcədə istedad çoxdur. Çox şey öyrənirəm. Vaxtı gələndə üzərində işlədiyim layihə haqqında daha çox məlumat paylaşacağam”.

 

Gabor Çelle-nin təcrübəsinə nəzər saldıqda, karyerasına “reMail” adlı mobil e-poçt təşəbbüsü ilə başladığı görünür. Bu tətbiqi “Google”-a satan Çelle, daha sonra “Namo Media” adlı reklamçılıq şirkətini təsis edib və onu o zamanlar “Twitter” kimi tanınan “X”-ə satıb. Bir müddət “X”-də məhsul meneceri kimi çalışan Çelle, 2016-cı ildə “Google”-da işləməyə başlayıb. 2022-ci ildə isə “Pebble” adlı bir sosial media platformasını istifadəyə verib. Lakin bu platformanı uğurla idarə edə bilməyən Çelle layihəni qısa müddətdə bağlayıb və həmin platforma bu gün “X”-ə rəqib olan “Mastodon”a ilham verib.

 

Bu işə qəbul və Çelle-nin açıqlamaları OpenAI-nın gələcək planlarına dair maraqlı suallar doğurur. (Valyuta.az)

Tacxeber.com

Oxşar xəbərlər