• 05 Noyabr 2024 08:33

İranlı millət vəkili Ərdəbil dəmir yolunun Azərbaycana birləşdirilməsini təklif etdi

 

Güney Azərbaycanın Ərdəbil, Nir, Nəmin və Səreyn şəhərlərinin İran parlamentindəki təmsilçisi Əli Nikzad bildirib ki, 14-cü hökumətin dəstəyi ilə Ərdəbil dəmiryol xəttinin Parsabad və Azərbaycanla birləşdirilməsi üçün zəmin hazırlamaq məqsədəuyğundur.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

 

Millət vəkilinin sözlərinə görə, Astara dəmiryol xəttinin Azərbaycanla birləşdirilməsi mümkün deyil, çünki bölgə ərazisi bataqlıqdır, ancaq Ərdəbil-Parsabad dəmir yolundan və Azərbaycanla birləşdirilməsindən optimal şəkildə istifadə etmək olar və bu, Cənub-Şimal dəhlizinin canlanmasına töhfə verə bilər.

 

Əli Nikzad qeyd edib ki, Ərdəbil dəmiryol xəttinin tamamlanması üçün İran Prezidenti Məsud Pezeşkianla da danışıqlar aparılıb.

Tacxeber.com

Oxşar xəbərlər