• 05 Noyabr 2024 14:42

Sabirabadın icra başçısı Saatlı sakinini hədələyib? – İDDİA

Saatlı rayon Meliorasiya İdarəsinin texnikalarının qanunsuz qazıntı işləri apardığına dair sosial şəbəkələrdə məlumatlar yayılıb. Hadisənin video görünütlərini yayan şikayətçinin sözlərinə görə, idarə təyinatı örüş üçün nəzərdə tutulmuş torpaq sahəsində qanunsuz qazıntı işləri həyata keçirib.

 

Məsələ ilə bağlı şikayətçi İdrət İmanov Ajans.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə su kanalı çəkilir:

“Sonuncu dəfə ADSEA-nin sədri Zaur Mikayılov Sabirabadda vətəndaşları qəbul edən zaman məni görüşə çağırdılar, amma gedə bilmədim. Çünki Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov mənə hədə-qorxu gəldi. Paylaşdığım videonu silmək və bu məsələni ictimaiyyətə yaymamaq üçün mənə rüşvət də təklif etdilər”.

 

Şikayətçi qeyd edib ki, həmin ərazidə qanunsuz qazıntı işləri aparılmasını təşkil edən şəxs Fuad Rəhmanovdur. Fuad Rəhmanov isə Saatlı rayon Azadkənd kəndi bələdiyyə sədridir. Onun sözlərinə görə, qazıntı işlərinin aparılması ilə bağlı Siraqəddin Cabbarov ona birbaşa tapşırıq verib:

“Qazıntı gedən ərazi dövlət əhəmiyyətli layihə deyil, çünki orda çəkilən kanala beton örtük vurulmur. Amma dövlət əhəmiyyətli layihədə nəzərdə tutulmuş kanallar çəkilərkən beton örtük vurulmalıdır”.

 

Qeyd edək ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

P.S. Tacxeber.com olaraq qarşı tərəfin də fikrini işıqlandırmağa hazırıq.

Tacxeber.com

Oxşar xəbərlər