• 24 Noyabr 2024 07:53

Ukrayna ordusu Şimali Koreya qoşunlarına zərbə endirib 

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Kursk vilayətinə gələn Şimali Koreya hərbçilərinə zərbə endirib. 

 

Tacxeber.com xəbər verir ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Şimali Koreya əsgərlərinə hücum etdikləri faktını təsdiqləyib.

 

ABŞ isə Moskva ilə Pxenyan arasındakı hərbi əməkdaşlıqdan ciddi narahatlığını ifadə edərək bildirib ki, Şimali Koreyadan gələn hərbçilər tezliklə döyüşə girə bilərlər.

 

Bu barədə açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller həmçinin Şimali Koreyanın Kursk bölgəsinə nə qədər hərbçi göndərdiyini də açıqlayıb.

 

“Dövlət katibi Entoni Blinken bildirib ki, Kursk bölgəsinə 8 minə yaxın Şimali Koreya əsgəri göndərilib. İndi isə hesab edirik ki, təxminən 10 min nəfər koreyalı hərbçi göndərilib və onlar yaxın bir neçə gün ərzində döyüşə girə bilərlər”, – Miller deyib.

 

Miller mediada Şimali Koreya əsgərlərinin döyüş əməliyyatlarında iştirakı ilə bağlı xəbərlərlə rastlaşdığını bildirsə də, hələlik ABŞ adından bu məlumatı təsdiq edə bilmədiyini qeyd edib. “Lakin bu doğrudursa, Şimali Koreya ordusu qanuni məhvetmə hədəfidir”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər