• 24 Noyabr 2024 11:05

ABŞ-də keçirilən prezident seçkiləri tarixin ən bahalısı oldu

ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris seçki kampaniyalarına rekord məbləğdə 3,5 milyard dollar xərcləyiblər.

 

Britaniyanın “Financial Times” (FT) qəzetinin hesablamalarına görə, bu, ABŞ-də baş tutan hazırkı prezident seçkilərini tarixin ən bahalısına çevirir.

 

Nəşr yazır ki, Harris seçki kampaniyası üçün 2,3 milyard dollardan çox vəsait toplayıb və bunun 1,9 milyard dolları xərclənib. Ağ Evin keçmiş rəhbəri isə 1,8 milyard dollar toplayıb və bu vəsaitin 1,6 milyard dollarını xərcləyib. Bu vəsaitin yarıdan çoxu mediada, internetdə və Amerika şəhərlərinin küçələrində – əsasən səsvermənin nəticəsi üçün əsas olan ştatlarda reklam kampaniyalarına sərf edilib.

 

Əməliyyatlar və inzibati xərclər hər iki namizəd üçün ikinci ən böyük xərc olub və Harris üçün təxminən 250 milyon dollar, Tramp üçün isə təxminən 200 milyon dollar təşkil edib.

 

Nəşr həmçinin diqqəti Trampın seçkiqabağı kampaniyası zamanı bütün vəsaitin təxminən 14%-nin – 100 milyon dollardan çoxunun ABŞ-də bir neçə məhkəmə prosesinin aparıldığı eks-prezidentin məhkəmə xərclərinin ödənilməsinə sərf edilməsinə yönəldib.

 

Belə ki, Vaşinqtondakı məhkəmədə respublikaçı 2020-ci ilin noyabrında keçirilən seçkilərdə uduzmasına baxmayaraq, qeyri-qanuni hərəkətlərlə hakimiyyəti əldə saxlamaq cəhdində ittiham olunur.

 

Namizədlərin kampaniyaları şəxsi və partiya fondları, fərdi ianələr və müxtəlif dəstək fondları, Siyasi Fəaliyyət Komitələri (Political Action Committee) vasitəsilə toplanan vəsaitlər hesabına maliyyələşdirilir. (Yeniavaz)

Tacxeber.com

Oxşar xəbərlər