• 16 Noyabr 2024 21:44

Fransız biznesmenləri Ermənistanı “Konyak” brendindən imtinaya məcbur etdilər…

 

 

Konyak ilk dəfə 3 əsr əvvəl Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal olunub.

 

Erməni şərab istehsalçıları Avropa İttifaqında coğrafi göstəricisi ilə qorunan “konyak” adından imtina edərək, öz şərablarını “erməni brendi” adlandırmağa başlayacaqlar.

 

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.Onun sözlərinə görə, hazırda erməni istehsalçılarının “konyak” adından istifadəsinin  dayandırılması üçün lazımi tədbirlər görülür.

 

Məlum olduğu kimi, onilliklərlə SSRİ heç bir beynəlxalq huquq tələblərinə baxmayaraq dünya ölkələrinin bir necə brendinin adi altında məhsul istehsal etmiş və onlari ittifaqda məşhürlaşdırmışdı. Belə spirtli içkilər srasında “Şampanski” və “Konyak” da yer alirdı. Bu ticarət markalarının hec biri SSRİ-yə aid olmayıb. Amma hegemonluq edərək brend sahiblərindən hec bir icazə və ya patent almadan onilliklərlə bu adlar altında məhsul istehsal edib və onu ittifaqda məşhurlaşdirib.

 

Ona görə də postsovet ölkələrinin əksəriyyətində bu iki adda içki istehsal edilir və satılir. Artıq SSRİ mövcud deyil, bu adda məhsullar Avropa bazarlarına çıxanda etirazla qarşılanır. O cümlədən də erməni “konyak”ı Avropa bazarlarına bu ad altında çixanda, sözsüz ki, fransali iş adamlarının, bu brend sahiblərinin etirazi ilə qarşılaşıb. Ortada sual yaranir, ermənilərin satdığı “konyak”dirsa, bəs Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal edilən analoji spirtli içkinin adı nə olmalıdır?

 

Bu suala cavab olaraq isə Avropa İttifaqının müvafiq qurumu – Avropa Komissiyası qərar qəbul edib ki, Ermənistan sahibkarları “konyak” adı altında içki sata bilməz.Arayış üçun xatirladaq ki, konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal olunmağa başlanmışdır.

 

Bu içki bir növ təsadüf nəticəsində yaranıb. Fransa Şarant çayı vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Lakin gəmi ilə çəlləklərdə şərabın daşınması çətin və baha başa gəlirdi. Digər tərəfdən zərif Şaranta süfrə şərabları yolda və ticarətçilərin zirzəmilərində tez xarab olub sıradan çıxırdı. Buna görə də şərabların qaynadılıb distillə edilməsi məsələsi ortaya çıxdı. Distillə olunmuş material palıd çəlləklərdə müəyyən müddət qaldıqdan sonra yaxşı keyfiyyət qazanmış və tezliklə satılmışdır.

 

Sonralar daha az yer tutması üçün şərablarda ikinci distillə aparıldı. Lakin üzüm spirtinin palıd çəlləklərdə sistemli saxlanması hələ aparılmırdı. 1701-ci ildə Fransa ilə İngiltərə arasında başlanan müharibə 13 il davam etdi. Müharibə nəticəsində Fransanın bütün dəniz yolları bağlandı. Ona görə də konyak istehsalçı və tacirləri distillə olunmuş üzüm spirtinin çox hissəsini palıd çəlləklərdə saxlamalı oldular.

 

Nəticədə onlar müəyyən etdilər ki, uzun müddətli saxlanma (13 il) dövründə məhsul möcüzəli buket və dad qazanır. Alınan içki tezliklə özünə alıcılar tapdı və çoxlu miqdarda spirt bazarda satılmaq üçün palıd çəlləklərdə saxlanmağa başladı.

 

Bununla da Konyak şəhərinin bu içkisi həddindən ziyadə məşhurlaşdı və istehsal olunduğu yerin adı ilə də adlandırılmağa başlandı.Sonralar Şarantadan alınan konyaklar böyük dünya şöhrəti qazandı. Qeyd etmək kifayətdir ki, hazırda burada istehsal olunan konyakın 80%-i ixrac olunur. Konyak üçün əsas üzüm sortları Ağ fol və Kolambardır. Emal zamanı 10%-ə qədər Semilyon və Sovinyon sortlarından istifadə etməyə icazə verilir.

 

Yəni bu gün Avropa İttifaqında “konyak” ticarət nişanı – brendi yalnız Fransanın Şaranta vilayətinin Konyak şəhərində fəaliyyət göstərən stirtli içki istehsalçılarına aiddir. Ona görə də Avropa İttifaqı fransali iş adamlarının tələbi ilə Ermənistanı “konyak” brendindən imtinaya məcbur edir.

Tacxeber.com

Oxşar xəbərlər