Yeni prezident olan Donald Trampın maaşı açıqlandı
İkinci dəfə ABŞ-də keçirilən prezident seçkilərində qalib olan Donald Trampın maaşı bəlli olub.
Yeni prezident illik 400 min dollar (təx.680 min manat) maaş alacaq.
Həm də biznesmen olan Trampın əsas gəliri isə sosial media paylaşımları və daşınmaz əmlak investisiyalarıdır.
Belə ki, Tramp “Media & Technology Group” sosial media şirkətinin səhmlərindən milyonlarla dollar qazanır.
Trampa məxsus “Truth Social” platforması xüsusilə son aylarda sürətlə dəyər qazanıb. Şirkətin səhmlərinin qiyməti ilin əvvəlindən 100 %-dən çox artıb və təkcə son bir ayda 85% dəyər qazanıb. Bu artımlar Trampın media şirkəti vasitəsilə ciddi sərvət qazana biləcəyini göstərir.
Trampın sərvəti ilə bağlı müxtəlif fikirlər var. “Bloomberg”in məlumatına görə, Trampın sərvəti hazırda 6,49 milyard dollardır. “Forbes” keçən həftə bu məbləği 8 milyard dollar olaraq qiymətləndirib. “Wall Street Journal” isə bu rəqəmin daha yüksək olduğunu və Trampın sərvətinin 7,5-10 milyard dollar arasında ola biləcəyini irəli sürüb. Trampın əsas gəlir mənbəyi olan daşınmaz əmlak investisiyaları onun sərvətinin əsasını təşkil etməkdə davam edir.