Bu ölkədən gətirilən yumurtadan 80 nəfər infeksiyaya yoluxdu
2024-cü ildə 80 İsveç sakini Ukraynadan gətirilən toyuq yumurtasını yedikdən sonra salmonellyoza yoluxub.
Tacxeber.com report-a istinadən xəbər verir ki, bu barədə “Sweden Herald” Milli Qida Agentliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, xəstə olanlar bərk qaynadılmış və ya kifayət qədər isidilməmiş yumurta yeyiblər. Vurğulanıb ki, sonuncu xəstə infeksiyaya yoluxan digər xəstənin olduğu restoranda olub.