Dörd yerli kripto məhsulumuz sınaqdan keçiriləcək – SİYAHI
Xüsusi tənzimləmə rejiminə innovativ məhsulların sınaqdan keçirilməsi ilə bağlı daxil olmuş 21 müraciətin qiymətləndirilməsi prosesi başa çatıb. Müraciətlər sırasından dörd innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində məhdud şərtlərlə sınaqdan keçirilmə imkanı qazanıb.
Tacxeber.com Valyuta.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, bu məhsullar aşağıdakilardır:
1. “PASHAPAY” MMC şirkətinin təqdim etdiyi “Kripto birja cüzdanına köçürmələr” məhsulu
2. “UNICAPITAL İNVESTİSİYA ŞİRKƏTİ” ASC şirkətinin təqdim etdiyi “Kriptobroker” məhsulu
3. “SVORT” MMC şirkətinin təqdim etdiyi “Kripto platforma” məhsulu
4. “MOBILE PAYMENT SOLUTIONS” MMC şirkətinin təqdim etdiyi “PortCoin kriptovalyutası” məhsulu