• 16 Noyabr 2024 04:33

Qurban Qurbanov qələbəni şərh etdi

Futbolçularımı təbrik edirəm. Burada olan bütün çətinliklərlə bacardılar. Həm meydança, həm hava amili. Uzun bir yol gəlmişdik. 3 oyun məğlubiyyət də futbolçuların üzərində basqı yaratmışdı”.

Tacxeber.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda Norveçdə “Bodo Qlimt”ə qalib gəldikləri oyundan sonra deyib.

 

O, 2:1 hesablı qələbəni belə şərh edib: “Oyundan əvvəl hamımızın birlikdə söhbəti oldu ki, biz bacararıq, məğlub ola bilərik, amma meydandan ruhsuz çıxa bilmərik, mübarizədən çəkinə bilmərik. Futbolçularım çox sağ olsunlar ki, meydandakı hərəkətləri, mübarizələri ilə bunu göstərdilər. Dünən də demişdim ki, çox yaxşı komandaya qarşı mübarizə aparacağıq. Bu gün Norveç futbolunun tam inkişafda olmasının şahidi olduq. Həm məşqçi işi görünür, həm futbolçular yaxşı oynayırlar. Öz futbolçularımı bir daha təbrik edirəm. Bu komandaya səmimi qəlbdən uğurlar arzulayıram”.

 

Q.Qurbanov qeyd edib ki, 8 noyabr – Zəfər Gününə görə bütün azarkeşlər onlardan qələbə gözləyirdi: “Bütün Azərbaycan oyunumuza baxırdı, hamı bizdən qalibiyyət gözləyirdi. Allaha şükürlər olsun ki, Zəfər Günündə futbolçularım bu cür zəfəri əldə etdilər. Bütün azarkeşlərimizi, rəhbərliyimizi və “Qarabağlı”larımızı təbrik edirəm. Amerikadan, Bostondan gələn azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Hansılar ki, bu gün məni duyğulandırdılar. Hətta bütün məşqçi heyətinə kiçik bir suvenir və gözəl hədiyyə gətiriblər. Çox dəyərli bir hədiyyə etdilər bizim üçün. İnanın ki, onlar bizim bütün oyunlarımızda iştirak edirlər və onlara bütün klubumuz adından təşəkkür edirəm. 7-8 azarkeş burda “İmarət Tayfa” qışqıraraq elə bir təəssürat yaratdılar ki, sanki bütün azarkeşlərimiz burda idilər. Hər birinə təşəkkür edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər