• 23 Noyabr 2024 22:44

“Vəzifədən gedəndə təsəlli edən olmadı” – Əbülfəs Qarayev

“Vəzifədən gedəndə təsəlli edən olmadı” - Əbülfəs Qarayev

 

Sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev vəzifəsindən azad edilməsindən danışıb.

 

Tacxeber.com xəbər verir ki, o, bu barədə “Liatris Holding”in rəhbəri Ruhiyyə Əliyevanın RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsində açıqlama verib.

 

“Vəzifəmdən azad olunanda məni təsəlli edən olmadı. Sirr deyil ki, bir az həyəcanlı çıxmışdım. Nazirlikdə qeyri-qanuni hadisələr olmuşdu, mən də onların kölgəsində işimlə vidalaşmışam. Bunu deməyə utanmıram. Heç kəs mələk deyil. Sözsüz ki, mənim də günahım olub, haradasa səhlənkarlıqdan, baxımsızlıqdan… Müəyyən qədər çətin dövrdə vəzifəmdən uzaqlaşmışam. Amma qərar düzgün qəbul olunub. Mən 26 ilə yaxın nazir işləmişəm. Düşünürəm ki, bu kifayət qədər uzun müddətdir. Bu gün mənə hansısa dövlət işi təklif olunsa, yersiz olar. Çünki nə lazımdırsa, nə bacarıramsa, etmişəm. Bu gün daha çox öz təcrübəmi, fikirlərimi,d ünya görüşümü gənc nəsillə bölüşməliyəm. Ona görə də Azərbaycan Dövlət Turizim və Menecment Universitetində dosent çalışıram. Magistratura tələbələrim var, çox yaxşı uşaqlardı, müdafiə işləri yazırlar, mən də kömək edirəm”, – deyə, Qarayev bildirib.

Tacxeber.com

Oxşar xəbərlər