• 25 Noyabr 2024 15:39

Solarium cihazı dəri xərçəngi yaradır

ABŞ-nin Braun Universitetinin alimləri belə qənaətə gəliblər ki, solyaridən (dərinin süni yolla qaralması – red) istifadə dəri xərçənginin ən ölümcül növü olan melanoma xəstəliyinə daha tez-tez tutulmaya gətirib çıxarır.

 

Tacxeber.com report-a istinadla xəbər verir ki, bununla bağlı tədqiqat “Journal of Investigative Dermatology” elmi nəşrində dərc edilib.

 

Mütəxəssislər, melanoma xəstəliyinə tutulma halları ilə ABŞ-nin şimal-şərqindəki Yeni İngiltərə regionunda bölgə səviyyəsində solyaridən istifadə əlaqəsini qiymətləndiriblər. Tədqiqat, melanomaya tutulma halları ilə solyari arasında əhəmiyyətli əlaqəni aşkarlayıb.

 

Alimlər altı yüksək riskli qrup, yeddi aşağı riskli qrup və melanomaya tutulmalarda artım aşkarlayıblar. Nəticələr göstərib ki, Yeni İngiltərə dairəsinin sakinləri süni qaralma studiyasına nə qədər az getsələr, dəri xərçəngi xəstəliyinin inkişaf riski o qədər aşağı olub.

 

Alimlərin fikrincə, onların kəşfi ictimai səhiyyə strategiyalarını tənzimləməyə və insanları süni qaralma studiyalarından gələn həyat təhlükəsi barədə xəbərdar etməyə yardımçı olacaq.

Tacxeber.com

Oxşar xəbərlər