ABŞ-da 9 bal zəlzələ, 30 metrlik sunami proqnozu
Seysmoloqlar ABŞ hakimiyyətinə 9 bal gücündə zəlzələ və 30 metr hündürlüyündə mümkün sunami barədə xəbərdarlıq ediblər.
Bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, alimlər yüksək dəqiqlikli sualtı xəritəçəkmə üsulundan istifadə edərək həyəcanverici işarələr aşkar ediblər.
Şimali Amerika sahillərini təhdid edən fəlakət Kanadanın cənubundan Kaliforniyanın şimal hissəsinə qədər əhatə edə bilər.