Həyat yoldaşını öldürməkdə təqsirli bilinən sabiq nazir həbsxanadan yoxa çıxdı
Həyat yoldaşını qətlə yetirdiyinə görə 24 il həbs cəzasını koloniyada çəkməli olan Qazaxıstanın sabiq iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbsxanadan yoxa çıxıb.
Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bu, AIRAN telekanalının jurnalistlərinin araşdırması sayəsində məlum olub.
“Sabiq nazir Arşalı kəndindəki cəzaçəkmə müəssisəsində olub, lakin onu orada tapmaq mümkün olmayıb”, – AIRAN telekanalı xəbər verir.
Bişimbayevin saxlanmalı olduğu koloniyada olmaması barədə məlumatı vəkili də təsdiqləyib.