• 24 Noyabr 2024 07:00

Yeni ildə bu vərdişlərinizdən əl çəkin – Hər şeyi sıfırdan başlamaq üçün ipucları

2024-cü il göz açıb-bağlayınca artıq bitmək üzrədir. Bəzən pis vərdişlərimizin bizi ələ keçirməsinə icazə veririk.

yeni-ilde-bu-verdislerinizden-el-cekin

Yeni il pis vərdişlərdən xilas olmaq üçün əla fürsətdir.  Hər şeyi sıfırlayıb yeni ildə yeni həyata başlamağa nə deyirsiz?

 

Tacxeber.com  2025-ci ildə bu 6 vərdişlərinizdən xilas olmağa çağırır.

 

1-Neqativ düşüncələrinizi bir kənara qoyun

Özünüz haqda pis fikirləşməyin. Bəzi səhvlər etmiş ola bilərsiniz və hər vaxt istədiyiniz şəkildə görünməyə bilər və ya davranmaya bilərsiniz, ancaq kim olduğunuzla əlaqədar səhv fikirdə olmayın.  Çox qabiliyyətli, gözəl  bir insansınız. Zehininizi həqiqətən hədəflərinizlə məşğul edin.  Özünüz haqda pis düşünmək sizi daha da özünüzə qarşı aqressivləşdirəcək.

2-Keçmişi keçmişdə saxlayın

Keçmiş dəyişdirə biləcəyimiz bir şey deyil və buna görə çox çabalamayın  və geridə buraxın.  Yaşadığınız şeylərdən dərs çıxarın.  Keçmişi qazımaq işləri daha da pisləşdirəcək.

 

3-Başqalarını razı salmağa çalışmaqdan imtina edin

Bu dünyada məmnun etmək istəyəcəyiniz  tək insan  sizsiniz. Günün sonunda həqiqətən sahib olduğunuz tək şey özünüzsünüz. Başqalarıyla uyğunlaşmağa çalışmağa ehtiyac yoxdur. Özünüz olun. Əhvalınız pisdirsə, ətrafınızdakıları yaxşı hiss etdirmək üçün tər tökməyə ehtiyac yoxdur.

 

4-Sərhədlərinizi aşmağa məcbur deyilsiz

Əlaqələr qarışıq olur. İstədiyiniz bir şeyi etmək üçün özünüzü əldən salmağa ehtiyac yoxdur. Başqaları üçün tikilmiş bir evin içində əsla, həqiqətən xoşbəxt olmayacaqsınız. Sonunda o qutunun xaricinə çıxıb sizin üçün əhəmiyyətli olan bir şey üzərində çalışdığınızda həyatınızda gerçək bir dəyişiklik fərq edəcəksiniz.

5-Mükəmməl olmağa çalışmaqdan imtina edin

Bu planetdəki heç kim mükəmməl deyil. Hamımız öz halımızla bənzərsizik. Sizdəki əskikliyi başqası tamamlayar, başqasındakı əskikliyi də siz tamamlayarsınız.

 

6-Duyğularınızı gizlətməyin

Heç kim duyğularını gizlətməməlidir. İnsanıq və nəsə  hiss etmək hamımızın haqqıdır. Duyğularınız sizi çıxılmaz vəziyyətə sala bilər. Bunu hiss edin, sonra bu hislərdən uzaqlaşın.

Tacxeber.com

Oxşar xəbərlər