• 23 Dekabr 2024 19:57

Bulvarda peyda olan nəhəng balığın nə olduğu bilindi – FOTOFAKT

Bu gün Bakı bulvarında görünən nəhəng varlıq canlı deyilmiş, “Captain Boomer” əsəri imiş.

Tacxeber.com xəbər verir ki, saxta kaşalotdan dünyanın bir sıra ölkələrində balina ölümlərinə diqqət çəkmək üçün istifadə olunub.

Məsələn, Parisdə, Sena çayının sahilinə də qurulan maket xeyli müzakirələrə səbəb olmuşdu. “Reallıq və fantaziya” arasında keçid hesab olunan, Paris l’Eté festivalı üçün gətirilən bu maket iqlim dəyişikliyi və həddən artıq balıq tutmağın fəsadları barədə məlumatlandırmaq məqsədi ilə quraşdırılıb. Belçika incəsənət kollektivi “Captain Boomer” tərəfindən hazırlanan maket Valensiya və Londonda da nümayiş etdirilib.

Qeyd edək ki, Kaşalotlar okeanlarda rast gəlinən ən böyük dişli balinalar hesab olunurlar. Onlar su çirklənməsi, gəmilərlə toqquşma, balıqçılıq torlarına dolaşma və digər antropogen amillər səbəbindən nəsli kəsilmək təhlükəsi altındadır.

Tacxeber.com

Oxşar xəbərlər