• 24 Noyabr 2024 07:32

Şampuna şəkər tozu tökməyin – FAYDALARI

Saçlarına qulluq edənlər üçün məsləhət…

sampuna-seker-tozu-tokmeyin

 

Evdə istifadə etdiyiniz şampuna şəkər tozu əlavə edərək saçlarınıza daha təmiz və sağlam görünüş qazandıra biləriniz. Bunun üçün duşa girməzdən əvvəl hər yuma üçün bir çay qaşığı qədərində şəkər tozu götürməyiniz lazımdır.

 

Başınızı yuyarkən şampunun üzərinə şəkəri əlavə edib yaxşıca saçlarınıza tətbiq edin. Lakin dərhal su ilə yumağa çalışmayın. Çünki şəkər isti su ilə təmas etdikdə tez əridiyi üçün təsiri azalacaq.

 

Bu üsul saçlarınızın yağlanmasının qarşısını alacaq, saç dərinizə pilinq təsiri göstərəcək, qapalı olan məsamələrin açılmasını təmin edəcək ki, bunun sayəsində də yeni saçların çıxmasına şərait yaranacaq.

 

Bu vasitəni həftədə bir dəfə etməyiniz kifayət edəcək.

Tacxeber.com

Oxşar xəbərlər