• 24 Noyabr 2024 11:32

Stadionda evlilik təklif etmişdi, nişanlandılar – VİDEO

Ötən gün I Liqanın 7-ci turu çərçivəsində keçirilən “Karvan” – “Cəbrayıl” matçında (1:2) maraqlı evlilik təklifi edilib.

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, “Karvan”ın U-13 komandasının baş məşqçisi Oqtay Əlizadənin istəyi ilə reallaşıb.

Belə ki, o, sevdiyi xanıma evlilik təklifini orjinal yolla çatdırıb. Artıq Səbinə xanım Oktayın təklifini qəbul edib və Yevlaxda yerləşən restoranların birində nişan mərasimi keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər