• 14 Noyabr 2024 05:19

“Yeddi kilometr uzunluğunda bulvar yaradılacaq” – Emin Ağalarov 

“Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsindən çox məmnun və xoşbəxtəm. Bu gün Azərbaycana iqlim problemlərindən narahat olan hər kəs gəlib”.

Tacxeber.com xəbər verir ki, bunu tanınmış biznesmen Emin Ağalarov Oxu.az-a açıqlamasında deyib.

O, ekologiya ilə bağlı təşəbbüslərin əhəmiyyətini vurğulayıb:

“Hər bir ölkə bu barədə düşünməyin vacibliyini anlamaqla inkişaf etməlidir”, – deyə o əlavə edib.

E.Ağalarov özünün də ekoloji məsələlərlə maraqlandığını bildirib və bununla əlaqədar həyata keçirilən genişmiqyaslı ekoloji layihələrdən danışıb.

“Sea Breeze”i təmiz və yaşıl eləməyə çalışırıq – təmizləyici qurğular tikirik, milyonlarla bitki və ağac əkirik, yaşıl şəhər yaradırıq. Qarşıdakı ildə minimum daha beş milyon bitki və ağac əkməyi planlaşdırırıq”, – deyə o qeyd edib.

Biznesmen, həmçinin, COP29 çərçivəsində yeddi kilometr uzunluğunda bulvarın yaradılacağının anonsunu verib.

“Noyabrın 16-da tədbir keçirəcəyik. Burada yeddi km uzunluğunda park salacağıq. İlk olaraq, 100 nar ağacı əkməyi planlaşdırırıq. Həm iştirakçılar, həm qonaqlar bunda iştirak edəcəklər və düşünürəm ki, COP29 çərçivəsində bu, simvolik olacaq”, – deyə o, sözlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər