• 26 Noyabr 2024 00:24

Haqqımızda Reklam Əlaqə Redaksiya siyasəti Müsahibə Avrokuboklar Video Premyer Liqa Güləş Cüdo Şahmat Boks MEDİA Yazarlar Tam versiya Baş məşqçi dron qalmaqalına görə istefaya göndərildi

Kanadanın qadınlardan ibarət millisinin baş məşqçisi Beverli Pristman istefaya göndərilib.

 

Bu barədə Kanada Futbol Federasiyası məlumat yayıb.

 

Pristman Paris-2024-də baş verən qalmaqala görə vəzifəsindən uzaqlaşdırılıb. Fransadakı yarış zamanı Kanada millisi rəqibləri Yeni Zelandiyanın məşq prosesini izləmək üçün dronlardan istifadə edib. Qarşı tərəf isə buna görə Paris-2024-ün təşkilatçılarına şikayət edib.

 

Hadisədən sonra B.Pristman araşdırmalar bitənə qədər müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Araşdırma tam başa çatdıqdan sonra isə Kanada Futbol Federasiyası son qərarı açıqlayıb. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər