• 26 Dekabr 2024 14:15

Moskvada çağırışçılara ölkəni tərk etmək yasaqlanıb

Rusiyalı çağırışçılar hərbi xidmətə yola düşməzdən əvvəl yerli çağırış məntəqəsində.

Moskva sakinləri hərbi xidmətlə bağlı xəbər veriləndən sonra komissarlıqlara gəlməsələr, ölkəni tərk edə bilməyəcəklərinə dair SMS-bildiriş alacaqlar. “Vajnıye istorii” adlı müstəqil araşdırmalar saytı belə yazır.

 

“Hərbi qulluq haqqında” Qanuna dəyişikliklərə görə, çağırışçılara qarşı “müvəqqəti tədbirlər”in görülməsi nəzərdə tutulub. Onlara nəqliyyat vasitəsi almaq və qeydiyyatdan keçirmək, daşınmaz əmlakı qeydiyyatdan keçirmək və satmaq, banklardan kredit almaq, fərdi sahibkar ya fiziki şəxs kimi qeydiyyata düşmək də yasaqlanıb. Məhdudiyyətlərin noyabrın əvvəlindən tətbiq olunmağa başladığı bildirilir. Artıq polis çağırışçıları yaşadıqları yerdə, yaxud küçə və metroda saxlayıb polis bölməsinə və ya toplanış məntəqəsinə aparır.

 

İnsan haqları təşkilatlarının fikrincə, SMS-bildirişlərin məqsədi çağırışçının könüllü şəkildə hərbi komissarlığa gəlməsini təmin etməkdir. Sözügedən məhdudiyyətlərin tətbiqi isə gələn ilin əvvəlində – hərbi uçotun elektron reyestri işə salınacağı halda başlana bilər.

 

Ukraynaya qarşı tammiqyaslı hərbi müdaxiləyə başlayan Rusiya savaş meydanında böyük itkilər versə də, Kreml hərbi itkiləri barədə bilgiləri açıqlamır. Böyük Britaniyanın baş qərargah rəisi Toni Radak oktyabr ayında hər gün ortalama 1500-dək Rusiya hərbçisinin həlak olduğunu və yaralandığını söyləyib. Bu, Ukraynada savaş başlatdığından bugünədək Rusiyanın ən çox itki verdiyi ay olub.

Tacxeber.com

Oxşar xəbərlər