Yaponiyanın baş naziri vəzifədə saxlanması üçün keçirilən parlamentin səsverməsi zamanı YUXULADI – VİDEO
Yaponiyanın baş naziri İşiba Şiqeru parlamentin iclası zamanı yuxuya gedib.
Tacxeber.com xəbər verir ki, “Japan Times”ın məlumatına görə, həmin vaxt iclasda baş nazirin vəzifədə qalması üçün səsvermə keçirilib.
“Əgər o, həqiqətən yatmışdısa, bu, onun nəzərəçarpacaq dərəcədə gərgin olmadığını göstərir”, – müxalifət partiyasının lideri Yoşihiko Nodu vəziyyəti şərh edib.