• 24 Noyabr 2024 09:47

Azərbaycanda 1 sakini olan ada – Hazırda ancaq vəhşi atlar yaşayır – FOTO

Azərbaycanda çoxlarının məlumatsız olduğu ada var.

Tacxeber.com-ın milli.az-a istinadən məlumatına görə bu, Azərbaycanın ahəsinə görə ən böyük adası olan Kür dili adasıdır. İnzibati cəhətdən adanın şərqi Neftçala, qərbi isə Lənkəran inzibati rayonlarına məxsusdur. Neftçala şəhərindən 33 km, Bakıdan isə 150 km cənubda yerləşir.

 

XX əsrin əvvəllərində əraziyə ruslar, kazaklar və molokanlar köçürülüb. 1911-ci ildə adada ilk mayak istifadəyə verilib. Azərbaycan SSR dövründə adada Neftçala rayonu inzibati ərazisinə daxil olan iki kənd (Kürdili, Şirvanlı) mövcud olub. 2 kənddə 3 minə qədər adam yaşayıb. Adada məktəb, mədəniyyət evi, kinozallar, kitabxanalar olub.

 

1981-ci ildə Xəzər dənizində suyun qalxması nəticəsində Neftçala rayonu ərazisindən bu əraziyə olan yol dağılıb və yarımada adaya çevrilib. 1982-ci ildə kəndə quru yolu ilə getmək mümkün deyildi. Ada əhalisi SSRİ dağıldıqdan sonra Rusiyaya və başqa ölkələrə, həmçinin Neftçala rayonu ərazisində yeni tikilmiş evlərə köçürülmüşdür. 2013-cü ildə adada 4 ailə qalmışdı.2019-cu ildə adada cəmi 1 nəfər – Vitali Pronin yaşayırdı.O, yerli mediada “Neftçalanın Robinzon Kruzosu” ləqəbi alıb. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında film çəkilişlərdən bir qədər sonra evində vəfat edib. Haqqında “Adam” və “Sonuncu” filmləri çəkilib.

Oxşar xəbərlər