• 25 Noyabr 2024 01:28

Lavrov: Təyyarələrimizə yanacaq doldurmaq istəmirlər

Xarici ölkələrə səfər zamanı sanksiyalar səbəbindən təyyarələrimizə yanacaq dolduran zaman ciddi problemlərlə üzləşirik.

 

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov  deyib.

Lavrov bildirib ki, keçən il Cənubi Afrikanın paytaxtı Yohannesburqda BRİKS sammitində Rusiya prezidentini təmsil edərəkən belə bir problemlə üzləşdim. “Yohannesburqda keçirilən sammitdən geri uçuş üçün təyyarəyə yanacaq doldurmaqla bağlı ciddi problem yaşadıq. Məlum oldu ki, orada aviasiya yanacağı ilə işləyən bütün şirkətlər demək olar ki, bu ölkəyə aid deyilmiş”, – Lavrov bildirib .

 

Lavrov onu da əlavə edib ki, təyyarə ilə bağlı oxşar problemlər Braziliyada da yaşanıb.

Lavrov əlavə edib ki, həmin ölkələr sanksiyalardan qorxduğu üçün bizim təyyarələrə yanacaq doldurmaqdan boyun qaçırır. (Olke.az)

Tacxeber.com

Oxşar xəbərlər