• 25 Noyabr 2024 03:49

Özünü hotelin sahibi kimi təqdim edib, illərlə pulsuz yaşadı

ABŞ-nin Nyu-York şəhərində bir kişi hoteldə heç bir ödəniş etmədən 5 il yaşayıb. 

 

Tacxeber.com “Unikal”a istinadən xəbər verir ki, Mikki Barreton illər ərzində özünü hotelin sahibi kimi təqdim edib.

 

Belə ki,  Barreton  2018-ci ildə “New Yorker” hotelində bir gecə qalmaq üçün 200 dollar ödəyib. Daha sonra kişi özünü hotelin sahibi kimi təqdim etməyə başlayıb. Bu zaman ərzində o, hoteldən yaşayış yeri kimi istifadə edib. 5 ildən sonra Mikki Barretonun əsl kimliyi ortaya çıxıb. O, polis tərəfindən saxlanılıb.

 

Manhetten dairəsinin prokuroru Alvin Braqqın ifadəsinə görə, 49 yaşlı Barretonun psixi sağlamlığının yaxşı olmadığını və narkotik maddələrdən asılı olduğunu bildirib. Hazırda Mikki dələduzluq maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.

Tacxeber.com

 

 

Oxşar xəbərlər