Taysonun Paulu şillələməsinin səbəbi – Görüntüsü yayıldı
Mayk Taysonun Jak Paulu şillələməsinin səbəbi bəlli olub.
Tacxeber.com xəbər verir ki, sosial şəbəkələrdə bəzi istifadəçilər Mayk Taysonun Paulun ayağına basdığına görə yox, özünü meymun kimi göstərərək yanına gəlib irqçi hücuma keçdiyi üçün onu şillələdiyini şərh ediblər.
Tayson onun bu hərəkətini hörmətsizlik və təhdid kimi dəyərləndirərək vurduğunu bildirib.
“Qoy bu sizə və indi sizinlə olan hər kəsə dərs olsun. İstedadsız YouTubersən. Daha çox istəyirsənsə, çıxdığın çuxura qayıtma”, – Tayson bildirib.
Jak Paul isə deyib ki, onu matçda parçalayacaq. “O ölməlidir” – deyib.
Qeyd edək ki, idmansevərlərin səbirsizliklə gözlədiyi qarşılaşma 80 min nəfərlik AT&T Stadiumunda keçiriləcək. Yarış iki dəqiqəlik 8 raunddan ibarət olacaq.