Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu
Rusiyanın Moskva şəhərində yerləşən Şeremetyevo hava limanında azərbaycanlı qaçaqmalçılığa görə saxlanılıb.
Tacxeber.com Lent.az-a istinadən bildirir ki, İstanbuldan özü ilə 2,6 milyon rubl (təxminən 44 min 200 manat) dəyərində qızıl-zinət əşyaları gətirib.
Onun üzərindəki qızılları metal detektor aşkar edib. Turist gömrükçülərə cibində yalnız siqaret və alışqan olduğunu deyib.
Onun üzərini axtarıblar və 93 ədəd qızıl-zinət əşyaları – üzüklər, sırğalar, kulonlar aşkar ediblər. Qızıllar sintetik brilyant əlavələrlə 585 karat qızıldan hazırlanıb. Bütün qızıllar gömrük əməkdaşları tərəfindən müsadirə olunub.