İsrail prezidenti Bakıya səfərini ləğv etdi, amma….
İsrail Prezidenti İshaq Hersoq Bakıda keçirilən BMT-nin COP29 iqlim konfransına planlaşdırılan səfərini ləğv edib.
Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
İsrail Prezidentinin Ofisindən bildirilib ki, səfərin ləğvinə səbəb “situasiyanın qiymətləndirməsindən sonra təhlükəsizlik mülahizələri”nin ortaya çıxmasıdır.
Məlumatda vurğulanıb ki, noyabrın 11-də başlayan konfransa İsrailin ətraf mühitin mühafizəsi, energetika və nəqliyyat nazirliklərini təmsil edən üç naziri və onlarla məmuru qatılıb.