Plastik şüşələr bu xəstəliyə səbəb ola bilər
Alimlər müəyyən ediblər ki, plastik qablardan su içdikdə həftə ərzində qana beş qrama qədər mikroplastik daxil olur.
Tacxeber.com Lent.az-a istinadən xəbər verir ki, plastik butulkalardan içki içmək qan təzyiqinin səviyyəsinə mənfi təsir göstərə bilər.
Aparılan tədqiqatlar plastikdən su içməyi dayandıran insanın qan təzyiqinin iki həftə ərzində normallaşdığını göstərib.
Tədqiqatın rəhbəri professor Maja Henjakovic bu tapıntıların əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, plastik butulkalardan istifadəni azaltmaq qan təzyiqini azaltmaq üçün təsirli bir yol ola bilər, çünki mikroplastiklərin qana daxil olmasını azaltmaq ürək-damar sisteminin vəziyyətini yaxşılaşdırmağa kömək edir.