• 17 Noyabr 2024 15:35

Naməlum beyin xəstəliyi kütləvi şəkildə yayılır

Kanadanın Nyu-Brunsvik əyalətinin rəhbəri Syuzan Holt, bölgədə yayılan yeni beyin xəstəliyini araşdırmaq məqsədilə Federal Səhiyyə Agentliyinə müraciət edib.

Trend xəbər verir ki, Holtun müraciəti National Postda dərc olunub.

 

Syuzan Holt, bu xəstəliyin necə müəyyən ediləcəyini, necə diaqnoz qoyulacağını və müalicə ediləcəyini bilmədiklərini bildirib. Həmçinin, xəstəliyin səbəbinin nə olduğu barədə heç bir məlumata sahib olmadıqlarını qeyd edib.

 

Yeni xəstəliyin Nyu-Brunsvik və Yeni Şotlandiya ştatlarında yayıldığı bildirilir. Xəstəliyin qurbanlarının sayının bir neçə yüz nəfəri keçdiyi təxmin edilir. Bu xəstəliyin insanların neyrodegenerativ sindromlarını tetikləyi məlumdur. Simptomlar arasında narahatlıq, yuxu pozğunluqları, əza ağrıları, balans problemləri, dişlərin tıqqıldaması, şiddətli əzələ spazmları, görmə problemləri və halüsinasiyalar daxildir. Qurbanların əksəriyyəti 45 yaşdan aşağı olan şəxslərdir.

Tacxeber.com

Oxşar xəbərlər