• 18 Noyabr 2024 00:31

“Tramp və Putin bir-birini yaxşı tanımır, bu, Ukrayna üçün risklidir” – “The İndependent”

 

“Putin Trampın Bayden kimi qorxaq olmadığını, Tramp isə Putinin Ukraynanı məhv etmək niyyətində qətiyyətli olduğunu anlamır…”

 

Donald Tramp və Vladimir Putin bir-birini lazımınca dəyərləndirmir, bu da Ukrayna üçün böyük risklər deməkdir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının sabiq rəhbəri Aleks Yanger “The İndependent” nəşrinə danışıb.

 

“Düşünürəm ki, Tramp Putini torpaqlar mübadiləsinə vadar etməkdə özünün imkanlarını şişirdir. Putin qalib gəldiyini hiss edəndə daha çoxunu istəyir, o zaman o, törətdiyi qurbanlara haqq qazandırmaq üçün öz xalqına daha çoxunu göstərməlidir. Tramp təhlükəni lazımınca dəyərləndirmir və öz təsir imkanlarını şişirdir”, – Yanger deyib.

 

Böyük Britaniyanın Moskvada 2016-2020-ci illərdə səfiri olmuş Lori Bristoy deyir ki, Tramp Putinə təsir imkanlarında həddən artıq təkəbbürlüdür və əslində Putinin simasında kiminlə üzləşdiyini anlamır.

 

Lakin, görünür, Putin də Trampın xarakterini düzgün dəyərləndirmir və ABŞ-ın yeni prezidentinə təsir göstərəcəyinə ümid edir, Aleks Yanger deyib. Əgər Co Bayden Rusiya tərəfindən ehtimal edilən təhlükələrlə bağlı çox ehtiyatla davranıbsa, Tramp, Yangerin fikrincə, gücdən istifadə edilməsinə daha açıqdır.

 

“Trampın xoşuna gəlməyən ondan istifadə edilməsi və ya ona xəyanət etməyə göstərilən cəhddir. Düşünürəm ki, bu, Putinlə ünsiyyətdə gerçək amil olacaq”, – bunu 2017-2019-cu illərdə ABŞ-ın Ukrayna məsələləri üzrə sabiq xüsusi elçisi Kurt Volker əlavə edib.

 

Volker hesab edir ki, Tramp Ukrayna üçün təhlükəsizlik zəmanətlərini təmin edəcək ki, Moskva istənilən yeni hücumunda üğur qazanmasın.

 

Ukraynada müharibənin sona çatması perspektivləri

 

Xəbər verildiyi kimi, Ukrayna XİN sabiq rəhbəri Dmitri Kuleba Trampın Ukraynada müharibəni dayandırmağa nail olacağına şübhə ilə yanaşır.

 

O, xəbərdarlıq edib ki, nə Kiyev, nə də Moskva əhəmiyyətli güzəştlərə hazır deyil, Trampın Ukraynanı silahsız qoymaq cəhdi isə vəziyyəti yalnız pisləşdirəcək.

 

Almaniya kansleri Olaf Şolts isə əmindir ki, Tramp Ukraynada müharibə ilə bağlı düşünüldüyündən daha incə mövqeyə malikdir. O, Trampın Putinlə pərdəarxası razılaşmalara gedəcəyinə inanmır.

Tacxeber.com

Oxşar xəbərlər