Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdi.
Bayden gedərayaq Ukraynaya ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirməyə icazə verib. (Mənbə – “The New York Times”).
Bu raketlərin atəş məsafəsi 300 km-dir.
Britaniya və Fransa da Storm Shadow/SCALP raketləri ilə bağlı analoji icazəni verməyə hazır idi və ABŞ-ın qərarını gözləyirdi.
Ukrayna hərbi sənayesi də hazırda müxtəlif tip raketlərin (1000 km-ə qədər mənzili olan) sınaqlarını davam etdirir. Lakin bunların seriya istehsalı üçün müəyyən vaxt lazımdır.