Azərbaycan əhalisinin ümumi sayı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 33671 nəfər və ya 0,3 faiz artaraq 2024-cü il oktyabr ayının 1-i vəziyyətinə 10214441 nəfərə çatıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Xəbərə əsasən əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.