Mayk Tayson bilərək uduzub? – Məşqçi açıqladı

Ötən həftə veteran boksçu Mayk Tayson və məşhur bloqer Cek Pol baş tutan boks döyüşü geniş marağa səbəb oldu. Cek Polun qələbəsi ilə baş tutan matçın nəticəsi bir çoxları üçün gözlənilməz hesab edildi.
Hətta bu tip döyüşlərin ssenarisinin əvvəldən yazıldığını, qalibin onsuz da məlum olduğunu iddia edənlər də az deyil. Bu fikri irəli sürənlər iddia edir ki, belə görüşlər sadəcə mərc şirkətlərini və nəticəyə pul qoymuş imkanları şəxsləri qazandırmaq üçündür.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar boks məşqçisi Şahin Nik-Nicat bildirib ki, bu kimi yarışlar bəzilərinin pul qazanması üçün təşkil edilmiş şoudur: