“Natura”nın içindən çıxan nədir? – Video
“Bunu hər gün nə qədər insan içir. Biri izah etsin ki, içində olan nədir? Hər gün körpə uşaqlara alınıb verilir, məktəblərdə satılır. Sadəcə iyrəncdir”.
Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri bloqer Əfsanə Fərəczadə sosial şəbəkə hesabında paylaşdığı videoya şərh olaraq yazıb. “Natura” meyvə şirəsi alan xanım onun içməyə yararsız olduğunu deyib. Qadının paylaşdığı videodan görünür ki, şirənin qutusundan kifəbənzər çürüntü çıxır.
Belə ki, bloqer məhsulun üzərindəki yararlılıq müddətinin keçmədiyini vurğulayaraq bildirib ki, öncə qapağı adi formada açıb, amma şirəni stəkana tökmək istəyəndə normadan az süzüldüyünün fərqinə varıb. Qutunu kəsmək qərarına gələn bloqer onun içindəki məhlulla qarşılaşanda təəccüblənib.