• 23 Noyabr 2024 17:14

Tanınmayan “Abxaziya”nın “prezident”i istefa verdi

Tanınmayan “Abxaziya”nın “prezident”i Aslan Bjaniya və “baş nazir”i Aleksandr Ankvab istefa verib.

 

Teleqraf.com xəbər verir ki, bununla bağlı müxalifətin hakimiyyətlə apardığı danışıqların yekunlarına əsasən imzalanan protokolda deyilir.

Bjaniya bundan sonra istefa ərizəsini imzalayıb.

 

“Vitse-prezident” Badra Qunba müvəqqəti olaraq Bjaniyanın səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Abxaziya 1990-cı illərdə işğal edilmiş Gürcüstan ərazisidir. Rusiya 2008-ci ildə bölgəni “müstəqil dövlət” kimi tanıyıb. BMT Abxaziyanı dövlət kimi təsdiqləməyib.

Tacxeber.com

Oxşar xəbərlər