Lavrov Trampı təriflədi: “O, sülhün prezidentidir”
“Sülhü müdafiə edən insanlar dəstəyə layiqdirlər”.
Tacxeber.com.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini şərh edərkən deyib.
“Trampın Ukrayna ilə bağlı mövqeyinə gəlincə, o bildirib ki, o, müharibənin deyil, sülhün prezidentidir və ümumiyyətlə, müharibə deyil, sülh istədiyini bəyan edən insanlar, siyasətçilər, mənə elə gəlir ki, dəstəyə layiqdirlər” – Lavrov deyib.