Paşinyandan türkləri sevindirib erməniləri özündən çıxaran paylaşım
Ermənistanın Baş naziri Nikol Paşinyan Ağrı dağının görüntüsünü paylaşıb.
Tacxeber.com xəbər verir ki, Paşinyan ona etiraz edənlərə sosial mediadan cavab verib. “Facebook” hesabındakı örtük fotosunda ölkənin ən hündür zirvəsi adlandırdığı Alagöz dağını və Ermənistan ərazisinin xəritəsini paylaşan Paşinyan “budur vətən, budur dövlət, budur çörək, budur dayandığımız yer” deyə qeyd edib.
N.Paşinyan bu paylaşımı ilə Ermənistanın simvolunun Ağrı dağı yox, Alagöz dağı olduğu mesajını verib.
Onu da xatırladaq ki, Paşinyan bundan öncə etdiyi paylaşımlarda Türkiyəyə məxsusluğunu vurğulayıb. Bildirib ki, bu ərazi Ermənistan dövlətinin gerbindən çıxarılmalıdır. Səbəb olaraq həmin simvolun türklərə qarşı ərazi iddiası sayıla biləcəyini də qeyd edib.