• 21 Noyabr 2024 18:12

Qurban Qurbanova “tikilən torba”.

 

17 il əvvəl AFFA-nın baş katibi təyin olunan (yəqin ki, daydayısı Elşad Nəsirovun sayəsində) Elxan Məmmədov 6 il əvvəl artıq özünün daydayılıq etdiyi Riad Rəfiyevlə birgə Azərbaycan futboluna ən böyük zərbələrdən birini vurdu (sizcə futbolumuzu məhv edən adamların TOP-3 siyahısı çıxarılsa, siyahı necə olar?

 

Klub futbolumuzu ağlagəlməz səviyyəyə yüksəldən Qurban Qurbanova millidə “torba tikildi” və Azərbaycan futbolunda ən böyük hörmətə layiq bu şəxsiyyət urvatsız şəkildə ölkənin N1 komandasından göndərildi.

Onunla birgə gənclərlə böyük həvəslə işləyən U-21-in baş məşqçisi Rəşad Sadıqovun da “torbası tikildi”.

 

Bunu bəlkə də indiyəcən heç kim yazmayıb. Altı illik müqavilə imzalanan Qurbanovun milli komandadan getməsinə Elxan Məmmədov və dəstəsi bilirsiniz nə ad qoydu?

Guya, milli komandalarda islam dini təbliğ olunur və bunun nəyəsə təhlükəsi var. “Yuxarılara” bu adla şikayət olundu, sənətkarcasına “torba tikildi”, nəticədə Elxan Məmmədov, havadarları və əlaltıları arzusuna çatdı – Qurbanov və Sadıqov millilərdən yola salındı.

 

…İsveçə 0:6 uduzandan sonra (bəxtimiz gətirdi – hesab 0:16 da ola bilərdi) TV-də çalışan bir tanınmış həmkarımız dedi ki “Allah filankəslərin başına daş salsın, Qurbanı göndərməsəydilər indi bu vəziyyətdə olmazdıq”.

Anar Şabanoğlu

Tacxeber.com

Oxşar xəbərlər