Evdə hazırlanan turşular bu ölümcül xəstəliyin düşmənidir
Evdə turşu hazırlamaq onun ləzzətini ikiqat artırır. Mütəxəssislər bildirir ki, Evdə hazırlanmış turşuların sağlamlığa bir çox faydası var. Belə qidaların həzm sisteminə ən əhəmiyyətli təsiri, tərkibində çox miqdarda lif ehtiva etdiyi üçün qəbizliyi önləmə qabiliyyətidir.
Tacxeber.com evdə hazırlanan turşuların faydalarını təqdim edir:
Ürəyi qoruyur: Turşuların tərkibində olan faydalı bakteriyalar qan dövranını tənzimləyir. Qan təzyiqini tarazlayan turşu növləri də ürək xəstəlikləri riskini minimuma endirir.
Xərçəngin qarşısını alır: Turşuların hazırlanmasında antioksidant meyvə və tərəvəzlərdən istifadə edildiyi üçün bu qidalar həm də sərbəst radikallar dediyimiz xərçəngə səbəb olan zərərli molekulların əmələ gəlməsini azaldır.
Təbii ağrı kəsicidir: Bədəndə su itkisini aradan qaldıran turşular idmançılarda əzələ və sümük ağrılarını aradan qaldıran xüsusiyyətə malikdir.
İmmuniteti gücləndirir: Turşular, xüsusilə qırmızı çuğundur kimi tünd rəngli qidalar, tərkibindəki polifenollar sayəsində orqanizmi sağlam saxlamaq üçün qoruyucu təsir göstərir. Tərkibində probiotik bakteriyalar olan turşu suyu həzm sistemini tarazlaşdırmağa kömək edə və bu bakteriyalarla immunitet sistemini dəstəkləyə bilər.