Qurban Qurbanov bu sualdan yayındığını açıq etraf etdi.
“Qarabağ” fk-nın baş məşqçisi Qurban Qurbanov yenidən Azərbaycan milli komandasına baş məşqçi gələ biləcəyi ilə bağlı iddiaları cavablandırmaq istəməyib.
Tacxeber.com xəbər verir ki, o, fikrinin öz klubunda olduğunu bildirib.
Bu barədə o, Premyer Liqa çərçivəsində “Səbail”lə oyundan sonra keçirilən mətbuat konfransında danışıb:
“Mənim üçün ən çətin suallar milli ilə bağlı olan suallardır. Orada mənim həmkarlarım var, həm də İcraiyyə Komitəsindəyəm. Xahiş edirəm, mənə bir də bu barədə sual verməyin. Hər qurumun öz idarəçiləri var. Bu dəqiqə fikrim “Qarabağ”dadır”.