SOCAR Türkiyədəki təbii qaz paylama biznesini satmağa çalışır.
Bunun üçün danışıqlara başlanıldığı bildirilir.
SOCAR Türkiyədəki təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.
Qurumun sözçüsünün “Bloomberg News”-a verdiyi açıqlamaya görə, “Bursagaz” və “Kayserigaz” şirkətlərinin sahibi “SOCAR Türkiyə Doğalgaz Yatırım” AŞ-nin satışı üçün bir müddət əvvəl danışıqlara başlanılıb.
Məsələ ilə tanış olan mənbələr “Bloomberg News”a bildiriblər ki, təbii qaz paylayıcı qurğuların mümkün satışı ümumilikdə bir neçə yüz milyon dollar dəyərində ola bilər. Lakin hələlik heç bir qərar verilməyib və əməliyyatın baş tutacağına dair heç bir əminlik yoxdur.
Türkiyənin ən böyük təbii qaz topdansatış portfelinə sahib olan “SOCAR Enerji Ticaret” 2009-cu ildən etibarən SOCAR Türkiyənin təbii qaz və elektrik enerjisi ticarət və satış fəaliyyətini həyata keçirir.