“Storm Shadow” raketləri müharibənin gedişini dəyişəcəkmi?” – “The Times”
“Rusiyanın Kursk vilayətində Ukraynanın uğurları gələcək danışıqlarda həlledici “kozır” olacaq…”
“Storm Shadow” raketlərindən Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi Ukraynada müharibənin gedişini dəyişməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın “Royal United Services İnstitute (RUSI) analitik mərkəzinin hərbi elmlər üzrə direktoru Metyu Sevill bəyan edib. Məlumatı “The Times” nəşri yayıb.
“Storm Shadow” raketlərinin təsiri kifayət qədər məhdud olacaq və əsasən Kursk vilayəti ətrafına yönəldiləcək. Bu, azsaylı resursdur və Ukrayna ona qənaətlə yanaşacaq”, – o, deyib.
Bununla birlikdə, qeyd edilir ki, böyük ehtimalla, Rusiyanın Kursk vilayətində Ukraynanın uğurları Rusiya qoşunlarının Ukraynanın şərqində fəal irəliləməsi nəzərə alınmaqla Donald Trampın andiçmə mərasimindən sonra gələcək danışıqlarda “həlledici kozır” olacaq.
“Son ay ərzində Rusiyanının uğurları artıb. Ukraynalılar tükənib. Onlar fiziki və mənəvi cəhətdən yorulub. Fasilələr yoxdur”, – Sevill əlavə edib.
Qeyd edilir ki, Rusiya böyük itkilərə məruz qalır, buna baxmayaraq, hücum etməkdə davam edir. Kiyevin Trampın vəzifəsinə başlamasınadək öz müdafiə xəttini qoruyub saxlaması üçün ABŞ Ukraynaya piyadalar əleyhinə minaların tədarük edilməsinə qərar verib, nəşr yazıb.
Məqalədə həmçinin qeyd edilir ki, cəbhədə vəziyyət daha çox qışda hava şəraitindən asılı olacaq. Sevillin deməsinə görə, Ukrayna qışın nisbətən mülayim keçəcəyinə ümid edir, bu da Rusiya qoşunlarının irəliləməsini əngəlləməlidir. Əgər çox soyuq olarsa, Rusiya qoşunlarının irəliləməsi asanlaşacaq.
“Əgər Tramp atəşkəslə bağlı danışıqlarda uğur qazansa belə, Rusiya və ya Ukraynanın əməkdaşlıq edəcəyinə heç bir zəmanət yoxdur. Həm də Rusiya daha çox fayda əldə etmək üçün münaqişənin uzadılmasında maraqlıdır”, – “The Times” əlavə edib.
“Storm Shadow” raketləri ilə ilk zərbə – bəlli olanlar
Xatırladaq ki, noyabrın 20-də Ukrayna ilk dəfə olaraq Rusiya ərazisinə “Storm Shadow” raketi ilə zərbə endirib.