• 25 Noyabr 2024 03:48

“BYD” Türkiyədə Çin məhəlləsi qurur – 1 milyard dollarlıq invstisiya

Xəbər verdiyimiz kimi, Çinli elektrikli avtomobil nəhəngi “BYD” Türkiyədə 1 milyard dollarlıq investisiya üçün hazırlıqlara start verib. Şirkətin Manisada tikəcəyi fabrikin inşasına 2025-ci ildə başlanılması nəzərdə tutulur. Fabrikin istehsala 2026-cı ildə başlaması və bölgədə 20 min nəfərlik iş yerinin yaradılmasına təsir edəcəyi gözlənilir.

 

“BYD” şirkətinin investisiyası Manisa sakinləri arasında böyük maraq yaradıb. Manisa Böyükşəhər Bələdiyyə Başçısı Ferdi Zeyrək, “BYD” şirkətinin Manisada fabrik qurmasının şəhər iqtisadiyyatına əhəmiyyətli töhfə verəcəyini bildirib.

 

“Egedesonsöz” xəbər portalına açıqlama verən Zeyrək, təxminən 20 min nəfərlik iş imkanlarının yaranacağı bölgəyə 2 min 500 çinli işçi və ailələrinin köçəcəyini qeyd edib.

 

Zeyrək, “BYD”-nin sərmayəsinin Manisada qalmasının vacibliyini vurğulayaraq, “Çin küçəsinin də daxil olduğu yeni yaşayış sahələri yaratmağa çalışıram. Mən memaram və bu məsələnin həlli üçün lazımi peşəyə sahibəm”, – deyə bildirib.

 

O, Manisaya daha bir “Vestel” fabriki gəldiyini ifadə edərək əlavə edib: “Biz təxminən 20 min nəfərin çalışacağı sahədən danışırıq. Burada yan sənaye obyektləri də fəaliyyətə başlayır. Gələn sənayeçiləri yeni sənaye zonalarına yönləndirirəm ki, Soma və Kırkağaç kimi bölgələr inkişaf etsin.

 

Bu çərçivədə bir logistika mərkəzi yaratmağa çalışırıq. Alsancak limanı artıq həddini doldurub. Biz Somadan Aliağa və Çandarlı limanlarına çıxışı təmin etməyi düşünürük. TCDD ilə bir dəmir yolu xətini əlavə edərək şəhəri yeni logistika mərkəzinə yaymaq niyyətindəyik.” (Valyuta.az)

Tacxeber.com

Oxşar xəbərlər