• 25 Noyabr 2024 21:32

Sənədsiz evlərlə bağlı yeni açıqlama

Sənədsiz evlərin sənədləşdirməsi problemi var.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

“Evlər sənədləşdirilsə, o bələdiyyəyə vergi verəcək. Sənədsiz evlərin sənədləşdirilməsi prosesi sürətləndirilməlidir. Torpaqların kateqoriyalılığı problemi var. Bir torpağın kateqoriyasının dəyişməsinə 6 nazirlikdən icazə alınmalıdır. Buna görə insanlar torpaqlardan istifadə edə bilmir”, – deyə Siyavuş Novruzov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər