Nəfəsdən ağciyər xərçəngi aşkarlanacaq
Çin alimləri nəfəs vasitəsilə ağciyər xərçəngini müəyyən edən sensor hazırlayıblar. Sensor nəfəsdəki izopren səviyyəsinin azalmasını təyin edərək bu xəstəliyin aşkarlanmasında istifadə olunur.
Tacxeber.comTeleqraf.com-a istinadən xəbər verir ki, Çinin Çjançzyan Universitetinin alimləri bu texnologiya hesabına çoxsaylı insanların həyatının xilas olacağına ümid edir.
Məlumata görə, insanlar nəfəs alıb-verərkən buraxdıqları müxtəlif qazlar bədənin daxilindəki proseslər haqqında bilgi verə bilər.
Çinli tədqiqatçıların apardığı araşdırma göstərir ki, nəfəsdəki izopren səviyyəsinin aşağı olması ağciyər xərçənginin göstəricisi sayıla bilər. Alimlər izopren səviyyəsini ölçərək bu xəstəliyi erkən mərhələdə aşkarlamaq üçün yeni bir metod hazırlayıblar.