Trampın qızı və yeznəsi Putini dəstəkləyən “XABAD”-a bir milyon dollar bağışlayacaq…
“Planetin hər yerində tapıla bilən cəmi iki ad var – “Koka-Kola” və “XABAD”!” – İsrailin aparıcı ravvinlərindən biri olmuş Cozef Kaqanman
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın kürəkəni və qızı Cared Kuşner və İvanka Tramp “XABAD” hərəkatının Birləşmiş Ərəb Əmirliklərindəki mərkəzində milyon dollarlıq ianə verəcəklərini açıqlayıblar.
Tacxeber.com xəbər verir ki, bu haqda İsrail mediası məlumat yayıb.
Bəyanata görə, ianə mərkəzin icmalararası dialoqu və şəbəkələşməni təşviq etməyə davam etməsinə kömək edəcək. Cütlük başqalarını da onlardan nümunə götürməyə və bölgədəki “XABAD” hərəkatının işini dəstəkləməyə təşviq edib
Zəruri arayış:
Rusiyada nəşr olunan “Habad.ru” nəşri yazır:
“XABAD” və ya lyubaviç hasidizmi eyni zamanda fəlsəfi doktrina, ictimai hərəkat və dini təşkilatdır. “XABAD” müasir yəhudi dünyasının ən dinamik və nüfuzlu qüvvəsi hesab olunur.
“XABAD” sözü Kabbala təlimlərində intellektin üç gücünü ifadə edən ibrani sözlərin abbreviaturasıdır: xoxma – hikmət, bina – anlamaq, daat – bilik. Yəhudi dini fəlsəfəsi kimi “XABAD” təlimləri Tövrat müdrikliyinin ən yüksək səviyyələrini ortaya qoyur, insan şüurunu Yaradanı dərk etməyə, dünyanın yaradılış məqsədini dərk etməyə və hər bir məxluqun əhəmiyyətini və xüsusi missiyasını dərk etməyə yönəldir. “XABAD” insana hər bir hərəkətini və hisslərini hikmət, fərasət və biliklə tənzimləməyi öyrədir.
“Lubaviç” adı bir əsrdən çox hərəkatın mərkəzi olan Belarusiyanın Lyubaviçi (indiki Smolensk vilayəti) kəndinin adından gəlir. Rus dilində “məhəbbət” sözü ilə uzlaşan bu ad “XABAD” təlimlərinə xas olan qarşılıqlı məsuliyyət və insanlara sevgi ideyasını mükəmməl şəkildə əks etdirir.