• 26 Noyabr 2024 23:44

Uğursuz əməliyyatda ittiham olunan Ülviyyə İlyasova: “Həkim kimi fəaliyyət göstərmirəm”

“Həkim kimi fəaliyyət göstərmirəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri 35 yaşlı Bəsti Hacıyevanı liposaksiya əməliyyatı etdiyi iddia olunan Ülviyyə İlyasova deyib.

 

Ü.İlyasova haqqında yayılan yalan xəbər barədə açıqlama verərək bildirib ki, barəsindəki bütün tənqidlər əsassızdır. O, Bəsti Hacıyeva adlı bir xəstəni tanımadığını bildirib. Əlavə edib ki, ümumiyyətlə həkim kimi fəaliyyət göstərmir. Ü.İlyasova eltisi vəfat edəndən sonra işindən öz istəyi ilə uzaqlaşdığını bildirib.

Əməliyyat olunduqdan sonra halının pisləşdiyi iddia edilən Bəsti Hacıyevanın bacısı Aynurə xanım da məlumatı təsdiq edərək bildirib ki, Ü.İlyasova onun bacısını əməliyyat etməyib.

 

Yekun olaraq, Ülviyyə İlyasova ona atılan böhtanlardan dolayı polisə müraciət edəcəyini bildirib.

Qeyd edək ki, Ülviyyə İlyasovanın noyabrın 14-də 1989-cu il təvəllüdlü Bəsti Hacıyevanı liposaksiya əməliyyatı etdiyi, bu əməliyyatdan sonra qadının səhhətinin pisləşdiyi iddia olunub.(milli.az)

Tacxeber.com

Oxşar xəbərlər